Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Qanunu, Mülki Prosessual Məcəllə və digər qanunlarla yanaşı, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Beləliklə, Avropa Şurasının Nazirlər Komitəsinin 15 üzvü tərəfindən 4 noyabr 1950-ci ildə imzalanmış və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası milli mülki prosessual qanunvericiliyinin mənbələri sırasına daxildir. Azərbaycan Respublikası tərəfindən 1950-ci il Avropa Konvensiyasını ratifikasiya etməsi, eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasının tanınması kimi qəbul edildi. Bu isə özlüyündə insan hüquq və azadlıqlarının məhkəmə tərəfindən qorunmasının əhəmiyyətini daha da vurğulamış oldu.
Qiymətləndir