Mülki prosesdə nümayəndəlik institutunun konseptual problemləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Məqalədə mülki prosesdə nümayəndəlik institutunun konseptual-hüquqi problemləri, anlayışı ilə bağlı nəzəri məsələlər tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik institutu Antik dövrdə yaranmış və cəmiyyətdə hüquq münasibətlərinin inkişaf dinamikasına paralel şəkildə inkişaf etmişdir. Məqalədə mülki prosesdə nümayəndəlik institutunun anlayışı ilə bağlı nəzəri məsələlər də təhlil edilmişdir. Bu istiqamətdə elmi ədəbiyyatlardakı fikir müxtəlifliyi müqayisəli şəkildə tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik geniş anlayışdır və hüquqi və fiziki şəxslərin mülki hüquq və azadlıqlarının müdafiəsi və yaxud da pozulduğu halda bərpası məqsədilə fəaliyyət qabiliyyətli şəxslər tərəfindən göstərilən yardım və ya sadəcə təmsilçilikdir. Azərbaycan hüquq sistemində nümayəndəlik institutuna, xüsusilə də mülki prosesdə nümayəndəlik məsələlərinə xüsusi diqqət ayrılmışdır. Konstitusion səviyyəsində bu məsələlər ümumi şəkildə tənzimlənmiş və digər qanunlarda və məcəllələrdə müvafiq sferada məsələlərin hüquqi tənzimlənməsi konkretləşdirilmişdir.


Müəllif : Hüseyn Əsgərov - Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dissertantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 26

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir