Mülki prosessual hüququn prinsipləri - Elmi əsərlər. İctimai elmlər seriyası jurnalı №2 2021

Açıqlama:

Prinsiplər hüquqa uyğun olmaqla onun məzmununu açır. Prinsiplər həm hüququn, həm də müvafiq sahənin xarakterik xüsusiyyətlərini cəmləşdirir. Hüququn prinsipləri konkret hüquqi göstərişlərdə aydın şəkildə ifadə olunur. Beləliklə, mülki prosessual hüququn prinsipləri həmin hüquq sahəsinin spesifikliyini və məzmununu əks etdirən əsas müddəalardır. Mülki prosessual hüququn prinsipləri qanun, həqiqət və ədalət ideyalarına uyğun olaraq mülki işlərdə məhkəmə baxışının necə olacağını müəyyənləşdirir. Onlar bu hüquq sahəsinin spesifik və ən vacib keyfiyyət xüsusiyyətlərini əks etdirməklə mülki prosessual hüququn predmetinin və tənzimləmə metodunun cəmlənmiş ifadəsidir.


Müəllif : İsmayil Qəribli - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir