Mülkiyyətin müdafiəsi və mülkiyyət hüququnun tanınması - Elmi Məcmuələr Jurnalı Cild 22 №3-4 2020

Açıqlama:

Məqalədə mülkiyyətin müdafiəsi və mülkiyyət hüququnun tanınması kimi məsələlər nəzərdən keçirilmiş və mülki hüquq münasibətlərinin cəmiyyətin iqtisadi-sosial həyatında mühüm rol oynadığı qeyd edilmişdir. Məqalədə həm də mülkiyyət hüququnun əşya hüquqları institutunun əsas və aparıcı sahəsi olmasından da bəhs edilmişdir. Bundan başqa məqalədə hər bir fiziki və hüquqi şəxsin mülkiyyətindən dinc istifadə hüququ olmasından bəhs edilmişdir. Belə ki, heç kəsin cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edə bilməz. Qeyd olunan müddəalarda dövlətin ümumi maraqlara uyğun olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır


Müəllif : Davudov D.R. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 41

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir