Müqavilə hüququnun müasir inkişaf istiqamətləri - Milli Aviasiya Akademiyası “Elmi məcmuə” jurnalı Cild 27 №2 2025

Açıqlama:

Məqalədə beynəlxalq səviyyədə müqavilə hüququnun müasir inkişaf istiqamətləri, onun xüsusiyyətləri, ayrı-ayrı hüquq sistemləri və ölkələrdə özünəməxsus cəhətlərindən bəhs olur. Müxtəlif hüquq sistemlərinin müqavilə hüququnda baş verən inkişaf prosesində hüquqi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bir sıra məsələlər (istiqamətlər) meydana gəlmişdir. Bu istiqamətlərin başa düşülməsi təkcə müasir müqavilə hüququ haqqında baxış və ideyaları genişləndirməyib, həm də iqtisadi əqdlərin bağlanması və icrasında mövcud problemləri daha bacarıqla həll etməyə kömək etməkdədir. Azad iqtisadi münasibətlərin ən mühüm elementlərindən biri kimi, müqavilə və onunla bağlı hüquqi tənzimləmə mexanizmi də davamlı inkişaf etməkdədir. Araşdırmada, məhz müasir iqtisadi (sahibkarlıq) fəaliyyətinin dinamik inkişafı və şaxələnməsinə müvafiq olaraq, müqavilələrin yeni növlərinin meydana gəlməsi və bunun beynəlxalq aktlarda əks olunmuş nümunələrindən bəhs olunur. Mövzunun tədqiqi ilə bağlı beynəlxalq aktlara və xarici təcrübə və qanunvericilik nümunələrinə istinad edilmişdir. Belə ki, araşdırma zamanı Beynəlxalq Kommersiya Müqavilələrinin Prinsipləri (UNIDROIT prinsipləri), Beynəlxalq alqı-satqı müqavilələri haqqında Vyana Konvensiyası, Avropa Birliyinə (AB) dair sənədləri, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Xidmətlərin Ticarəti üzrə Baş Sazişi kimi beynəlxalq sənədlər və ABŞ, Azərbaycan, İngiltərə və Rusiya kimi ölkələrin müvafiq qanunvericiliyi nəzərdən keçirilmişdir.


Müəllif : Qocayev E.A.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 38

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir