Müstəntiqin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən talama əməllərinin profilaktikasına dair fəaliyyəti - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Respublikamızda uşaq hüquqlarının həyata keçirilməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülmüş və bu iş prioritet bir istiqamət kimi davam etdirilir. Belə ki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və bu Qanundan irəli gələrək “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın, “Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın və digər aktların təsdiq edilməsi buna bariz nümunədir. Lakin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən hallara qarşı mübarizədə təkcə qeyd edilən aktlarla vəzifə bitmir, bu sahədə profilaktik fəaliyyət yüksək səviyyədə davam etdirilməlidir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı tam azalsın.


Müəllif : Canpolad Daanov - DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki, Polis Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir