Mədəni irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşi mübarizədə UNESCO beynəlxalq əməkdaşliq mexanizmi kimi - Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri jurnalı №61 2022

Açıqlama:

Azərbaycan Respublkasının (AR) “Mədəniyyət haqqında” 2012-ci il Qanununa (bundan sonra – Mədəniyyət haqqında Qanun)[15] əsasən, mədəniyyət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq AR-in mədəniyyət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir (m.50.2.1). BMT sisteminə daxil olması baxımından, mədəni irs obyektlərinin (bundan sonra - MİO) qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda UNESCO ilə əməkdaşlığın və ya UNESCO çərçivəsində əməkdaşlığın hüquqi təhlili xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, UNESCO elm, təhsil və mədəniyyət sahəsində BMT-nin ixtisaslaşmış müəssisəsidir. Bu səbəbdən, mədəni irsin qorunması, o cümlədən MİO-nin qanunsuz dövriyyəsi ilə mübarizə ilk olaraq onun fəaliyyət sferasına daxildir. İkincisi, 1946-cı ildən fəaliyyətə başlayan UNESCO hazırda 195 dövləti və 10 assosiativ üzvü birləşdirməklə [19] universal əməkdaşlıq mexanizmi qismində çıxış edir. Yeri gəlmişkən, AR 1992-ci ildən UNESCO-nun üzvüdür. Hazırda AR UNESCO ilə sıx əməkdaşlıq edir. UNESCO Baş Konfransının 2021-ci ilin noyabrında keçirilən 41-ci sessiyasında AR 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyə Şurasının üzvü seçilib


Müəllif : S.A.Süleymanlı - ABC Telecom
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir