Məhkəmə aktlarının icra edilməməsi cinayətinin obyektiv cəhət - Azərbaycan Hüquq Jurnalı. 2023 (№1)

Açıqlama:

Cinayətin obyektiv cəhəti müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimaitəhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətinin daha qabarıq nəzərə çarpan xarici əlamətlərindən qanuna bütün hallarda ancaq “hərəkət” və “hərəkətsizlik” məfhumları daxil edilmişdir. Hərəkət insan davranışının fəal, hərəkətsizlik isə passiv formasıdır. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir.


Müəllif : Ülvi Əsədullayev - doktorant, Baku Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 32

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir