Məhkəmə ekspertizası növlərinin nəzəri təsnifatının inkişafı tendensiyası - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Məhkəmə ekspertizasında biliklərin inteqrasiyası – məhkəmə ekspertizasının ümumi nəzəriyyəsi və praktikası qarşısında duran və kompleks xarakter daşıyan vəzifələrin həlli zəruriliyi ilə şərtlənən təbii prosesdir. Bu konseptual müddəalar R.S.Belkin, A.Y.Butırin, Y.L.Dubyaqin, Y.Q.Koruxov, N.P.Maylis, E.R.Rossinskaya, T.V.Tolstuxina, L.Q.Edcubov, A.R.Şlyaxov, A.İ.Vinberq, S.F.Bıçkova, Y.Q.Koruxov, N.P.Malaxovskaya və digər alimlərin əsərlərində əks olunmuşdur. Digər elmi biliklərdən məhkəmə ekspertizasına inteqrasiyasının formaları və istiqamətləri problemi kriminalistik ədəbiyyatda kifayət qədər ətraflı açılmışdır. Elmi-texniki tərəqqinin sürətlənməsi, təbiət və texniki elmlərin nail olduğu ən yeni biliklərinin məhkəmə ekspertizası nəzəriyyəsi və təcrübəsinə inteqrasiyası nəticəsində məhkəmə ekspertizalarının müxtəlif növlərinin və cinslərinin yaranması, bu ekspertizaların icraatı gedişində yeni metodların tətbiqi imkanları yaranmış və xeyli genişlənmişdir [11, s. 18-19].


Müəllif : Nail Abbasov - hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin rəisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 5

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir