Məhkəmə nitq mədəniyyətinin bir elm sahəsi kimi anlayışı və əhəmiyyəti - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2021

Açıqlama:

Məqalədə nitq mədəniyyətinin bir elm sahəsi kimi anlayışı və əhəmiyyəti araşdırılmışdır. Nitq mədəniyyətindən danışarkən, birinci növbədə, bu anlayışın məzmununu aydınlaşdırmaq, başa düşmək lazımdır. Başqa sözlə, «nitq» və «mədəniyyət» sözlərinin məzmununu açmaq gərəkdir. Nitq dil anlayışı ilə sıx bağlıdır. Bunlar bir hadisənin iki cəhətidir. Dil dedikdə, ünsiyyət vasitəsi olan sözün xüsusiyyətləri, yəni onun səs tərkibi, morfoloji quruluşu, bir-biri ilə əlaqə formaları, sözlərdən cümlə düzəltmək qaydaları kimi cəhətlər nəzərdə tutulur.


Müəllif : Ə. Ə. Qasimov - Bakı Dövlət Universiteti K. Hüseynova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir