Məhkəmə prosesində vəkillər arasında mübahisənin xüsusiyyətlər - Azərbaycan Vəkili Jurnalı №26 (2025)

Açıqlama:

Vəkil məhkəmə prosesi zamanı tərəfin hüquqlarının müdafiəsini həyata keçirən aparıcı subyektdir və onun iştirakı məhkəmə mübahisəsinin ədalətli həllinə yardım etməlidir. Onların davranış qaydalarını əks etdirən bir çox yerli və beynəlxalq normalara rast gəlinir, bu məqalənin məqsədi isə məhz vəkillər arasında proses zamanı qanuni və professional çərçivədən uzaqlaşan mübahisələr nə ilə nəticələnə bilər və necə tənzimlənməlidir sualarına müəyyən məhkəmə presedentləri və mövcud qanunvericilik normalarından çıxan nəticələrə əsasən cavab tapmaqdır. Mübahisə iki vəkil arasında olduğu zaman onların tam bərabər pozisiyalarda olmalarını nəzərə alsaq, mübahisənin hansı zəmində yarandığı, hakimin müdaxilə edib etməməsi və bunu ədalətli şəkildə etməyi bacarması və mübahisə zamanı, ola bilsin ki, sərgilədikləri qeyri-prosessual davranışlara görə məsuliyyət daşımaları məsələlərinə diqqət yetirmək lazımdır. Müasir mənbələrdə vəkillərin daha çox müdafiə etdikləri şəxslərlə və hakimlə aralarında olan hüquqi etika məsələsinə toxunulub, vəkillər arasında olan mübahisələrə isə hüquqi mənbələrdə adətən xüsusi bir məsələ kimi yanaşılmasına ehtiyac duyulmamışdır


Müəllif : Sevinc Abbasova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir