Müraciət etdiyimiz bu mövzu cəza icra hüququnun kiçik bir sahəsi olmaqla bərabər, məhkumlarının hüquqlarının təmin olunması, onların gələcəkdə məxsus olduqları cəmiyyətə adaptasiya olunmalarında böyük rol oynayır. Bütövlükdə bu proses cəmiyyətdə bəzən yalnış olaraq ekstradisiya olaraq bilinir. Lakin prosesə nəzər yetirdikdə istər bu sahədəki müqavilə hüquq bazasının, istərsə də bütövlükdə prosesin ekstradisiyadan köklü surətdə fərqləndiyini görürük. Bu araşdırmamızla məhkum olunmuş şəxslərin cəzaların qalan hissəsini çəkmələri üçün vətəndaşı olduğu ölkəyə verilməsi ilə bağlı prosesin ekstradisiyadan fərqli xüsusiyyətlərini izah etməyə çalışacağıq.
Qiymətləndir