Məhkum qadinlarin sosial-demoqrafik xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Əgər sosial-demoqrafik xüsusiyyətlər üzərində dayanmasaq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınların hüquqi statusunun təhlili tam olmayacaq. Aydındır ki, bunun təkcə nəzəri deyil, həm də praktiki əhəmiyyəti var. Şəxs haqqında əldə edilən məlumatlar gələcəkdə cinayətlərin törədilməsinin qarşısını almaq üçün ona ən uyğun təsir üsul və vasitələrini seçməyə imkan verir. Cinayətkarın şəxsiyyətinin öyrənilməsi cinayətkar davranışın elmi cəhətdən əsaslandırılmış profilaktikası üçün vacib və zəruri ilkin şərtdir. Şəxsiyyət ailə və məişət, istehsal və digər münasibət və əlaqələrin - onun yaşadığı, fəaliyyət göstərdiyi və formalaşdığı sosial mikromühitin konkret məzmunu ilə şərtlənən insanın həyat yolunu, varlığını əks etdirən fərdi unikal əlamətlərin və xüsusiyyətlərin təcəssümüdür”. Cəza məqsədlərinə yalnız həbsxanada cəza çəkən qadınlar haqqında etibarlı məlumat olduqda nail olmaq olar.


Müəllif : Günay Hacıyeva - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir