Məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq mümkündürmü? - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 2024

Açıqlama:

Cəzanın məqsədlərinə çatmaq üçün bir sıra proseslərin qaydasına salınması, cəzanın çəkildiyi müddətdə şəxslərə qarşı xüsusi yanaşma və tərbiyə işləri ilə bərabər hansısa bacarıqların və peşənin aşılanması, həmçinin cəzacəkmə müəssisəsindən azad olunduqdan sonra keçmiş məhkumlarla işin formal deyil, real aparılması və onlara həyata tutunmaları üçün dövlətin maddi dəstəyinin olması yenidən onların cinayət törətməsinin qarşısını almağa kömək edəcəkdir. Həmçinin cinayət törədən şəxslərə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilərkən onların cəzalarını çəkəcəyi cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi prosesində cinayətin kateqoriyası və ağırlıq dərəcəsi ilə bərabər, həmin cinayəti törədən şəxsin şəxsiyyəti və digər şəxslər tərəfindən necə xarakterizə olunduğu, onun həyata baxışı, törətdiyi cinayətin motivi nəzərə alınaraq müəyyən edilərsə məhkumların məhkumluq həyatında kriminallaşmasının qarşısını ala bilər. İctimai siyasi tərəqqi, düşüncə tərzinin formalaşması, təhsil, təbliğat, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, insanların rifah səviyyəsinin artırılması digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında profilaktika kimi əvəzedilməzdir. Bundan əlavə cinayətə görə məhkum edilmiş şəxslərin, daha sonra yaşadıqları peşmanlıq hissinin və onların cinayət törətməsinin ailələrində, cinayətdən ziyan görmüş şəxslərin yaxınlarına, ətrafındakı insanlara mənfi təsirini əks etdirən genişçaplı filmlərin və proqramların hazırlanması, sosial medianın gücündən bu istiqamətdə istifadə olunması da, insanların cinayət törətməyə görə yaranan mənfi fəsadları təsəvvür etməsinə kömək edə və cinayətdən çəkindirə bilər.


Müəllif : Elnur Nəcəfov Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 245

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir