Məişət zorakılığı və sosial xidmət - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Fundamental insan hüquqları və azadlıqlarının əsas prioritet kimi qəbul edildiyi müasir cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım göstərilməsi bır sıra dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. İnsan hüquq və azadlıqlarının pozulmasının ən geniş yayılmış formalarından biri də məişət zorakılığının törədilməsidir. Məişət zorakılığının qarşısı alınmaq, bu istiqamətində görülən işlərin səmərəliliyini artırmaq, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara cavab verən yardım mərkəzlərinin yaradılması digər dünya dövlətləri kimi dövlətimiz də qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir. Bunun nəticəsidir ki, bu sahədə hüquqi tənzimetməni həyata keçirmək və bu cür hüquqpozmaların qarşısının alınması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.


Müəllif : Ata Vəliyev - Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı, polis baş leytenantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 5

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir