Məlumatların portabilliyi hüququ Avropa İttifaqının qanunvericiliyi perspektivindən - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2019

Açıqlama:

Məqalənin əsas məqsədi Fərdi Məlumatların Mühafizəsinin Ümumi Requlasiyanın (General Data Protection Regulation) 20-ci maddəsi ilə ərsəyə gəlmiş “məlumatların portabilliyi hüququnun” əsaslarını və həyata keçirilmə şərtlərini analiz etməkdir. Müasir cəmiyyətdə informasiya texnologiyalarının sürətli inkişafı, fərdi məlumatların yeni texnologiyalar vasitəsilə toplanılması və işlənilməsi, fərdi məlumatların regional və beynəlxalq səviyyədə qorunmasını zəruri edir. Fərdi məlumatların toplanılmasının, işlənilməsinin və istifadəsinin qanunun tələblərinə cavab verməyini təmin etmək üçün subyektlərə bir sıra hüquqlar, məsələn, fərdi məlumatlara düzəlişlərin edilməsi və fərdi məlumatların işlənilməsinə etiraz etmək, o cümlədən məlumatların portabilliyi kimi hüquqlar verilmişdir.


Müəllif : A. G. Poladov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir