Mənzil toxunulmazlığı hüququnun qanunvericilikdə təsbiti və onun pozulması ilə bağlı cinayət məsuliyyətinin əsasları

Açıqlama:

Mənzil toxunulmazlığı əsas insan və vətəndaş hüquqlarından biridir. Azərbaycan Respublikasının Konstitusiyası ilə hər kəsin mənzil toxunulmazlığı hüququ qorunur. İlk növbədə “mənzil” sözünün dəqiq araşdırılması zəruridir. Azərbaycan dilinin izahlı lüğətinə görə mənzil yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi, ümumiyyətlə, ev, birinin yaşadığı yer, otaq, məskəndir. Mənzil dedikdə yaşayış yeri, xidməti və ya istehsalat binaları nəzərdə tutulur. Yaşayış sahəsi isə, AR Mənzil Məcəlləsinə əsasən, yaşayış evi və onun bir hissəsi, mənzil və mənzilin hissəsi, otaq, mehmanxanalar, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri hesab edilir. Yaşayış sahəsinin, yəni mənzilin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.


Müəllif : Nuridə Əlizadə
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 287

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir