M.Ə.Rəsulzadənin dövlət və hüquq haqqinda konseptual görüşləri - Elmi əsərlər. İctimai elmlər seriyası jurnalı №2 2018

Açıqlama:

Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyət dövründə Azərbaycan ictimai-hüquqi fikrinin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli dövlət xadimi və mütəfəkkir olmuşdur. Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edildiyi kimi, M.Ə.Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.


Müəllif : Qəhrəman Behbudov - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2018
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir