Meşə ekosistemlərinin ekocoğrafi problemləri (Böyük Qafqazın şimal-şərq yamacı timsalında) - Azərbaycan Prokuroru Jurnalı, 2024

Açıqlama:

Məqalədə Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemlərinin yayılmış meşə ekosistemlərində mövcud olan ekocoğrafi problemlər təhlil edilmişdir. Belə ki, intensiv mənimsənilmə nəticəsində meşə ekosistemləri öz ilkin vəziyyətini itirmiş və deqradasiyaya uğramışdır. Araşdırmalar göstərir ki, meşələrin sıxlığının azalması, növ müxtəlifliyinin azalması, meşə döşənəyinin zədələnməsi və ümumi məhsuldarlığın zəifləməsi müşahidə edilir. Bu dəyişikliklər əsasən kənd təsərrüfatı məqsədləri ilə həyata keçirilən meşə qırımları, otlaq sahələrinin genişləndirilməsi, həmçinin yanacaq kimi istifadə üçün meşələrin intensiv istismarı ilə bağlıdır. Məqalədə həmçinin meşə yanğınlarının da bu ekosistemlərin transformasiyasında və onların strukturunun dəyişməsində əhəmiyyətli rol oynadığı vurğulanmışdır. Tədqiqat nəticəsində meşə ekosistemlərinin uzun müddət davam edən bu mənfi təsirlərə qarşı zəifləmiş olduğu və bu amillərin gələcəkdə bölgənin iqlim və ekoloji balansına təsir edəcəyi müəyyən edilmişdir. Müvafiq olaraq, meşə resurslarının qorunması üçün ekosistemə uyğun, davamlı və dayanıqlı idarəetmə strategiyalarının tətbiq edilməsinin vacibliyi qeyd olunmuşdur.


Müəllif : Gülnar Hacıyeva
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 43

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir