“Media və gender bərabərliyi” Azərbaycanda xəbər istehsalçıları üçün BƏLƏDÇİ

Açıqlama:

“Gender bərabərliyi” anlayışı cəmiyyətdə kişilərlə qadınlar arasında “de-yure” və “de-fakto” bərabərliyin təmin edilməsini, hər iki cinsə bərabər imkanların yaradılmasını ehtiva edir. Cəmiyyət üzvləri- qadınlar və kişilər - özlərinin bioloji xüsusiyyətlərinə, anatomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahibdirlər. Bu baxımdan “Cins” termini bioloji fərqliliyi, “Gender” isə (ona sosial cins də deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində formalaşan rol və vəzifələrini əhatə edir. Gender bərabərliyi ümumiyyətlə ictimai və şəxsi həyatın bütün sahələrində hər iki cins üçün “bərabər görüntü, hüquq və səlahiyətlərin genişləndirilməsi, məsuliyyət və iştirak kimi müəyyən olunur.


Müəllif : Müşfiq Ələsgərli, Dr Yelena Surcilija Milojevic
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 307

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir