Mediasiya hüququ. Xüsusi hissə. Dərs vəsaiti

Açıqlama:

Azərbaycan Respublikasında, ilk dəfə olaraq, təhsil standartlarına uyğun tərtib edilmiş bu dərs vəsaitində mediasiya hüququnun xüsusi hissəsi ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir. Burada mediasiya hüququnun xüsusi hissəsinin struktur tərkibi olan subinstutlara anlayış verilir, mediasiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin hüquqi tənzimlənməsinin spesifik aspektləri şərh edilir. Mediasiya qanunvericilik aktları əsasında hazırlanmış bu fundamental əsər hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Müasir dövrdə mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili və həyata keçirilməsi fonunda fiziki və hüquqi şəxslərin bu istiqamətdə maariflənməsi, vətəndaş cəmiyyətində hüquqi düşüncə və mediasiya mədəniyyətinin formalaşması baxımından, dərs vəsaiti mühüm əhəmiyyət kəsb edir. Dərs vəsaitindən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, mediasiya hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər, ekspertlər və digər şəxslər faydalana bilərlər.


Müəllif : Əliyev Zaur Hümbət oğlu, Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 143

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir