Məqalədə mediasiya prosesində təmsilçilik münasibətləri barədə məsələ elmi müstəvidə araşdırılır. Qeyd edilir ki, mediasiya prosesində təmsilçilik mübahisə probleminin obyektiv və ədalətli həllində vacib rol oynayır. Mediasiya prosesində təmsilçiliyin forma və qaydaları müəyyən hüquqi əsaslar vasitəsilə nizama salınır. Bu kontekstdə müvafiq normativ hüquqi aktların adları çəkilir. Mediasiya hüquq institutu müəyyən struktur tərkib hissələrdən ibarətdir. Mediasiya prosesində təmsilçilik subinstitutu onlardan biri sayılır. Mediasiya prosesində təmsilçilik subinstitutuna elmi (doktrinal) anlayış verilir. Mediasiya prosesində təmsilçilik subinstitutu dedikdə mülki işlər və kommersiya münasibətləri (xarici elementli mübahisələr də daxil olmaqla), eləcə də ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin mediasiya prosesində nümayəndələr vasitəsilə təmsil edilməsi ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən kompleks hüquq normalarının məcmusu başa düşülür.
Qiymətləndir