Milli cinayət qanunvericiliyində ekoloji cinayətlər: inkişaf tarixi və müasir vəziyyət

Açıqlama:

Tədqiqat işində ekoloji cinayətlərə görə məsuliyyət müəyyən edən cinayət hüquq normaları təhlil edilmiş, qanunvericilik sisteminin formalaşması tarixinə ekskurs edilmişdir. Belə ki, 1922-ci il Azərbaycan İctimai Şura Cümhuriyyətinin Cəza Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 4-cü fəslində, 1927-ci il Azərbaycan İctimai Şura Cümhuriyyətinin Cəza Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 5-ci fəslində, 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsinin “Təsərrüfat cinayətləri” adlı 6-cı fəslində və nəhayət 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlı 28-ci fəslində təsbit olunan cinayət hüquq normaları geniş araşdırılmışdır.


Müəllif : Sevinc Hüseynova
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 260

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir