Milli hüquq mənbələrinin əsas inkişaf istiqamətləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2022

Açıqlama:

Məqalədə ənənəvi yanaşma nöqteyi-nəzərindən normativ hüquqi aktların müasir hüququn ən mükəmməl və başlıca mənbəyi hesab olunduğu və bununla yanaşı olaraq müasir Azərbaycanda hüquq mənbələri sistemində məhkəmə presedentlərinin yerinin tədqiqinin vacibliyi vurğulanır. Qoyulan problemin təhlili nəticəsində belə bir mövqe ortaya qoyulur ki, son illərdə Azərbaycan hakimlərinin hüquq mədəniyyətinin və ixtisaslaşma səviyyəsinin yüksəlməsi məhkəmə praktikasının normativ tənzimləmədə mövcud olan boşluqları doldurmağa qadir olmasına ümid etməyə imkan verir. Araşdırma obyektini təşkil edən məsələlərdən biri də beynəlxalq prinsip və normaların mənbə kimi rolunun aydınlaşdırılmasından ibarətdir.


Müəllif : Y.E.Yavərzadə - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir