Muzdluluğa beynəlxalq hüquqi baxış: Azərbaycan Respublikasının cinayət məcəlləsi və beynəlxalq konvensiyaların müqayisəli təhlili - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Məqalədə müəllif tərəfindən muzdluluğun beynəlxalq hüquqi aspektdən izahı verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində muzdluluq müharibə cinayəti kimi göstərildiyindən beynəlxalq humanitar hüquq normaları ilə məcəllənin yanaşmasında bur uyğunsuzluq yaranmışdır. Doğrudur, muzdluluq beynəlxalq səviyyədə qadağan olunmuş əməldir. Muzdluluğu özündə əks etdirən beynəlxalq konvensiyalarda bu əməl cinayət kimi, Azərbaycan Respublikasının cinayət məcəlləsində isə müharibə cinayəti kimi göstərildiyindən müəllif müqayisəli təhlilə üstünlük vermişdir. İzah olunmuşdur ki, beynəlxalq humanitar hüquq normalarına görə, muzdluluq cinayət hesab olunmur. Cenevrə Konvensiyalarına görə isə, muzdlular silahlı münaqişə zamanı əsir götürüldükdə belə, hərbi əsir statusuna malik olmur.


Müəllif : Əlövsət Allahverdiyev - Bakı Dövlət Universiteti Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ “ UNESCO kafedrası, müəllim.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir