İnsan hüquq və azadlıqlarının müdafiəsi çox qədim zamanlardan cəmiyyət üçün böyük maraq və əhəmiyyət kəsb etmişdir. Belə ki, dövlət və hüququn yarandığı qədim dövrlərdən başlayaraq insan hüquqlarının qorunması problemi dövlətin və cəmiyyətin diqqət mərkəzində olmuşdur. İnsan hüquq və azadlıqlarını müdafiə edən şəxslər meydana çıxmış və müvafiq qurumlar formalaşmışdır ki, həmin şəxslərin və qurumların tarixinə nəzər saldıqda, vəkillik peşəsinin çox qədim tarixə malik olduğunu görürük.
Qiymətləndir