Odlu və ya soyuq silah, həmçinin silah qismində əşyadan istifadə etməklə törədilən quldurluq və qəsdən adam öldürmə cinayətlərin tövsifi və cəza təyini zamanı yaranan problemlər - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 2024

Açıqlama:

Odlu silahdan, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə quldurluq və ya qətl törədən cinayətkarlara məhkəmələr tərəfindən ittiham irəli sürülərkən və hökm oxunarkən problemlər yaranır, çünki bu cinayətlərə dair hüquqi normalar bu əməlləri əhatə etmir. Hüquq normaları soyuq silaha sahib olmaq və gəzdirmək üçün məsuliyyət müəyyən edir, lakin ondan istifadə aktını əhatə etmir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bu cinayətlərlə bağlı maddələri təkmilləşdirilməli, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etmə hərəkətlərini əhatə etməli, quldurluq və qəsdən adam öldürmə cinayətlərinin tövsif edilməsi zamanı yaranan fəsadları aradan qaldırmalıdır.


Müəllif : Rəşid Yusifov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 365

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir