Pandemiya şəraitində əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsmanın rolu - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2021

Açıqlama:

Müasir dövr üçün çox aktual bir mövzuya həsr olunmuş bu məqalədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən irəli sürdüyü müvafiq təklif və tövsiyələr elmi-praktik baxımdan təhlil edilmişdir. Eyni zamanda əlilliyi olan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə həyata keçirilmiş monitorinq və başçəkmələr barədə məlumatlar öz əksini tapmışdır.


Müəllif : S.Y.Əliyeva - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir