Patent və sui generis sistemləri çərçivəsində bitki müxtəlifliliyinin hüquqi mühafizəsi - Bakı Dövlət Universiteti Tələbə Hüquq jurnalı Buraxılış:9 2023

Açıqlama:

Bitki müxtəlifliyinin hüquqi mühafizəsi əqli mülkiyyət hüququnun predmetinə sonralar daxil olsa da, müasir dövrdə iqtisadiyyatı kənd təsərrüfatından asılı olan dövlətlərin xüsusilə diqqət yetirdiyi sahələrdən birinə çevrilmişdir. Bu xüsusda, dövlətlər bir tərəfdən bitki müxtəlifliyinin qorunub saxlanılması, digər tərəfdən isə yeni bitki növlərinin hüquqi mühafizəsinə dair tədbirlər görürlər. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası da bitki müxtəlifliyinin hüquqi mühafizəsinin müxtəlif aspektlərinə dair qanunlar qəbul etmiş, bir sıra beynəlxalq konvensiyalara üzv olmuşdur. Bu konvensiyalara "Yeni bitki sortlarının mühafizəsi haqqında" (UPOV), Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında", eləcə də “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyalar aiddir. Bununla belə, sui generis tənzimləmə tələb edən bitki müxtəlifliyinin hüquqi mühafizəsi Azərbaycan əqli mülkiyyət hüquq ədəbiyyatında tədqiq edilməyən sahələrdən biri olaraq qalmaqdadır.


Müəllif : Türkan Kərimova
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 3

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir