Peşəkar hüquqi yardım hüququnun anlayışı və məzmunu - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Məqalədə peşəkar hüquqi yardım hüququnun anlayışı və məzmunu hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, əsas insan hüquq və azadlıqlarından biri hesab edilən peşəkar yardım almaq hüququ müasir dövrdə insan və vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsində xüsusi əhəmiyyəti ilə seçilir. Digər tərəfdən müasir dövrdə peşəkar hüquqi yardım almaq hüququ ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində əhəmiyyətli bir məsələ kimi də qiymətləndirilir. Bir-biri ilə sıx əlaqəli olan bu iki əsas insan hüquqlarının təmin edilməsini ayrı-ayrılıqda düşünmək qeyri-mümkündür ki, bu da demokratik cəmiyyətlərdə peşəkar hüquqi yardım hüququnu müzakirələrin mərkəzinə gətirən əhəmiyyətli məsələlərdən birinə çevirmişdir. Məqalənin sonunda belə bir nəticəyə gəlinir ki, peşəkar hüquqi yardım hüququnun məzmunu və həcmi hüquqi çərçivədən, mövcud resurslardan və sosial ehtiyaclardan asılı olaraq yurisdiksiyalar arasında dəyişə bilər. Hər bir yurisdiksiyada xüsusi qanunlar, qaydalar və ya siyasətlər peşəkar hüquqi yardım hüququnun əhatə dairəsini müəyyən edir. Ona görə fərqli ölkələrdə mövcud olan hüquq münasibətlərində peşəkar hüquqi yardım ilə bağlı fərqli məzmun və anlayışlara rast gəlmək olur.


Müəllif : Polad Mehdiyev - Doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 17

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir