Platon fəlsəfəsində ideal dövlət və təbii hüququn nisbəti, etik xüsusiyyətləri, oxşar və fərqli cəhətləri - Azərbaycan Hüquq Jurnalı. 2022 (№1)

Açıqlama:

Platon fəlsəfəsində daha çox təhlil olunan mövzulardan biri də ideal dövlət və təbii hüquqdur. İdeal dövlətin təbii hüquqla əlaqəsi, etik xüsusiyyətləri, oxşar və fərqli cəhələri onun fəlsəfəsinin əsasını təşkil edir. Platonun vəsf etdiyi ideal dövlət təkcə ictimai-siyasi rifahı deyil, həm də mənəvi-ruhi rahatlığı ifadə edir. Onun nəzərində ideal dövlətdə ruhi rahatlıq və sağlamlıq o zaman mümkündür ki, yuxarı təbəqə aşağı təbəqəyə diqqət etməklə yanaşı, həm də ona layiqli rəhbər olsun. Belə olan halda dövlət etik dəyərlərə - ədalətə əsaslanacaq və ideal dövlət mütləq şəkildə ədalətin təzahürü olacaqdır; ən yaxşı qanun və ideal dövlət qüsuru və çatışmazlığı az olan qanun və dövlətdir. Qeyd olunması zəruridir ki, Platon təbii qanunu “təbii ədalət” adlandıraraq bunu ideal dövlətdə qanuni və siyasi ədalətin təməli hesab etmişdir. Hazırki tədqiqatda Platon fəlsəfəsinə istinad edərək ideal dövlətin əsas prinsipləri, ideal dövlətdə təbii hüquq və ictimai-siyasi funksiya, ideal dövlət və ədalət prinsiplərinin nisbəti, oxşar və fərqli cəhətləri, həmçinin ideal dövlətdə iqtisadi ədalət və digər mövzular tədqiqtatın əsasını təşkil edir.


Müəllif : Əntiqə Paşayeva - fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir