Postsovet ölkələrinin cinayət qanunvericiliyində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə əməllərinə görə məsuliyyətin tənzimlənməsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №4 2021

Açıqlama:

Məqalədə postsovet ölkələrinin Cinayət Qanunvericiliyində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə əməllərinə görə məsuliyyətin tənzimlənməsi məsələləri təhlil olunmuşdur. Qeyd edilmişdir ki, keçmiş sovet respublikalarının Cinayət Qanunvericiliyində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə ilə bağlı normalar öz əksini tapmışdır. Eyni zamanda, postsovet ölkələrinin Cinayət Məcəllələrinin xeyli dərəcədə bir-birinə oxşarlığı vurğulanmış və bu oxşarlığın idarəetmə qaydası əleyhinə edilən cinayətlərlə bağlı, o cümlədən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə ilə bağlı normalara aid olduğu bildirilmişdir. Tədqiqat işində postsovet ölkələrinin Cinayət Məcəllələrinin, o cümlədən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə ilə bağlı normaların arasında müəyyən fərqli cəhətlər də təhlil edilmişdir.


Müəllif : Y. D. İsmayıov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir