Pozğunluq hərəkətlərinə görə məsuliyyət - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №2 2024

Açıqlama:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına nəzər yetirsək, şəxslərə qarşı söz atmaq, cinsi məzmunda narahatedici sözlər və hərəkətlər, şəxsin intim zonasına daxil olmaq və ya ona toxunmaq kimi əməllərə görə birbaşa məsuliyyət nəzərdə tutulmamışdır. Belə hərəkətlər cəmiyyətimizdə “pozğunluq” kimi qiymətləndirilir. Pozğun dedikdə isə əxlaqı pozulmuş və ya əxlaqsız şəxs başa düşülür. Ölkəmizdə gündəlik həyatda əsasən qadın cinsinə məxsus olan şəxslər küçələrdə hərəkət edərkən, ictimai nəqliyyatdan istifadə edərkən və yaxud hər hansı kütləvi tədbirdə şəxslər tərəfindən cinsi təcavüzə məruz qalırlar. Belə halların qarşısının alınması və həmin əməlləri törətmiş şəxslərin ədalətli şəkildə mühakimə edilməsi üçün “pozğunluq” müstəqil əməl kimi qiymətləndirilərək, törədən şəxs cinayət və inzibati məsuliyyətə cəlb olunmalıdır.


Müəllif : İsmayıl Əmirli
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 381

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir