Prokurorluğun uğurlarını şərtləndirən Ulu Öndər Heydər Əliyevin mükəmməl hüquq siyasəti - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı - Xüsusi buraxılış 2023

Açıqlama:

Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə 15 iyun 1993-cü il tarixdə növbəti dəfə hakimiyyətə qayıdışından sonra Respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Böyük tarixi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental islahatlar sayəsində sürətlə qüdrətlənən ölkəmizdə paralel olaraq hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Vurğulanmalıdır ki, bu sahədə aparılan islahatlarda müdrik rəhbərin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qar şı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqın da” Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Qeyd olunan istiqamətdə səmərəli fəaliyyət, o cümlədən adıçəkilən fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik va sitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və “cəzanın labüdlüyü” prinsipinin reallaşması ilə nəticələndi.


Müəllif : Şöhrət Qəhrəmanov Gəncə hərbi prokuroru, ədliyyə polkovniki
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 21

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir