Qüsurlu məhsullara görə təqsirsiz məsuliyyət: Avropa Hüququ və Azərbaycan Qanunvericiliyinin Müqayisəli Təhlili - Bakı Dövlət Universiteti Tələbə Hüquq jurnalı Buraxılış:5 2019

Açıqlama:

İstehsalçıların öz qüsurlu məhsullarına görə məsuliyyəti hər bir ölkənin istehlakçıların qorunması siyasətində əsas rol oynayır. 1985-ci ildə qəbul olunan Məhsula görə Məsuliyyət Direktivi bu sahədə Aİ qanunvericiliyinin yekcins müddəalarını müəyyən edir və Avropanın məhsula görə məsuliyyət hüququnun özəyini təşkil edən sərt (təqsirsiz) məsuliyyət prinsipini təcəssüm etdirir. Digər bir sıra qeyri-Aİ ölkələri kimi Azərbaycan Respublikası Aİ-nin məhsula görə məsuliyyət qanunvericiliyinin əsas prinsiplərini mənimsəmiş və bu cür məsuliyyət növünü öz Mülki Məcəlləsinə birləşdirmişdir. Hazırki məqalə Aİ və Azərbaycan qanunvericiliyinin məhsula görə məsuliyyətlə bağlı müqayisəli təhlilini aparır, Azərbaycanın məhsula görə məsuliyyət hüququndakı çatışmazlıqları və boşluqları ortaya çıxarır və Azərbaycan qanunvericiliyində dəyişikliklər üçün bir sıra təkliflər irəli sürür. Məqalədə, həmçinin məhsula görə məsuliyyət hüququnun həm Aİ-də, həm də Azərbaycanda tarixi inkişafı və sərt məsuliyyət məfhumu müzakirə olunur.


Müəllif : Nihad Hiiseynov
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 12

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir