Qədim şərq dövlətlərinin müqavilə hüququ - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Məqalədə müqavilə hüququnun mahiyyətinin, müasir elmi-nəzəri, normativ-hüquqi və praktiki problemlərinin düzgün başa düşülməsi üçün onun tarixi inkişafının başlanğıcında duran qədim Şərqin əlaqədar hüquqi sənədləri araşdırılır, əsas müvafiq müddəa, norma, institut və müqavilə formalarının məzmunu və meydana gəlməsinin tarixi sosial-iqtisadi səbəbləri və tətbiqi təcrübəsi təhlil edilir. Mövzunun araşdırılması üçün müəllif xronoloji ardıcıllığa uyğun olaraq, Qədim Şərq dövlətlərində (Mesopotamiya, Misir, Assuriya, Hindistan, Çin) meydana gəlmiş və bəşər sivilizasiyası tarixində müqavilə hüququnun ilkin normalarını qanunvericilik səviyyəsində müəyyənləşdirən rəsmi sənədləri (Hammurapi Qanunnaməsi, Manu Qanunları) və tarixi (qədim Misir, Assuriya, Çin və hunlar haqqında) məlumatları tədqiqata cəlb etmişdir.


Müəllif : Eldar Qocayev -h.ü.f.d., AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir