Ölkәmizdә qadınların hüquq vә azadlıqlarının müdafiәsinin güclәndirilmәsi sahәsindә mәqsәdyönlü vә sistemli şәkildә hәyata keçirilәn tәdbirlәr müstәsna әhәmiyyәt kәsb edir. Bu baxımdan, qadın hüquqlarını xarakterizә edәn xüsusiyyәtlәrin öyrәnilmәsi aktualdır. Bu sәbәbdәn dә bu gün qadınla kişi arasındakı fәrqlәrin genetik, bioloji, fizioloji vә hüquqi kontekstdә öyrәnilmәsi, qadınlara mәxsus hüquqlar kompleksinin dәqiq müәyyәnlәşdirilmәsi böyük әhәmiyyәt kәsb edir.Mәqalәdә әn son elmi metod vә metodologiyaların tәtbiqi ilә qadınlara insan kateqoriyası kimi yeni konsepsiyası verilmişdir vә onların sosial rolu göstәrilmişdir. Bu sәbәbdәn qadın cinsinin fәrdiliyinә, qadınların hüquq vә azadlıqlarına dair beynәlxalq standartların müәyyәn edilmәsi, habelә dövlәtin daxili hüquq sistemindә tәsbit edilmәsi son dәrәcә vacibdir. Mәqalәdә qadınları kompleks şәkildә sәciyyәlәndirәn xüsusiyyәtlәr araşdırılmış vә bu mәsәlәyә baxılması üçün yeni üsullar tәtbiq edilmiş, qadın cinayәtlәrinin statistikası verilmişdir
Qiymətləndir