Qanunsuz olaraq mənzilə daxil olmaqla cinayətlərin törədilməsi zamanı əməlin tövsifi problemləri - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 2-ci nömrəsi 2021

Açıqlama:

Təcrübədə tez-tez rast gəlinən və təqsirləndirilənşəxsin əməlinə hüquqi qiymət verilərkən fikir ayrılıqlarına səbəb olan hallardan biri də qanunsuz olaraq mənzilə daxil olmaqla digər cinayətlərin törədilməsi halında əməlin tövsifi problemidir. Bu problem özünü həm ibtidai araşdırma mərhələsində, həm də məhkəmə icraatında göstərir. Xüsusən də, mənzilə qanunsuz daxil olmaqla törədilən qəsdən adam öldürmə, zorlama və s. cinayətlərdə təqsirləndirlən şəxsin əməli bəzi hallarda cinayətlərin məcmusu ilə tövsif edilsə də, əksər hallarda mənzilə qanunsuz daxil olma digər cinayəti törətmənin üsulu kimi qiymətləndirilərək və şəxsin bilavasitə qəsdinin digər cinayəti törətmək olduğu əsas gətirilərək əməl mənzil toxunulmazlığını pozma ilə birlikdə tövsif edilmir.


Müəllif : Sabir Musayev Baş Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti II dərəcəli hüquqşünas
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 31

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir