Qanunsuz olaraq transplantasiya məqsədilə meyitdən orqan və ya toxumaların götürülməsi - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

İnsan orqan və ya toxumalarının transplantasiyası şəxsiyyətin tamlığına, bütövlüyünə müdaxilənin bir növüdür. Bu müdaxilə müvafiq tələblər çərçivəsində həyata keçirildikdə hüquqa uyğun qəbul edilir və şəxsiyyətin hüquqlarına, həyat və sağlamlığına təcavüz kimi xarakterizə edilmir. Lakin son illərdə orqan və ya toxumaların köçürülməsinin getdikcə daha geniş vüsət alması, tibbi imkanların inkişafı, insanların sağlamlığının bərpası üçün orqan və toxumaların nəql olunmasına ehtiyacın artması və s. amillər insan orqan və ya toxumalarının qanunsuz olaraq transplantasiya məqsədilə götürülməsinə, orqan və ya toxumaların ticarətinin genişlənməsinə gətirib çıxarmışdır. Buna görə də bir çox dövlətlərdə, o cümlədən ölkəmizdə bu sahəni tənzimləyən hüquqi aktlar qəbul edilmişdir. Məqalədə transplantasiya məqsədilə qanunsuz olaraq meyit donor orqanlarının götürülməsi əməli cinayət hüququ çərçivəsində təhlil olunur.


Müəllif : Jalə Qənbərova - Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir