Qanunsuz pul köçürülməsi ilə məşğul olma fəaliyyətinin hüquqi aspektləri - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 1-ci nömrəsi 2023

Açıqlama:

Beynəlxalq təcrübədə “qanunsuz pul köçürmələri” anlayışı “qanunsuz maliyyə axınları” anlayışı kimi qəbul olunur. Belə ki, müasir dövrdə qanunsuz maliy yə axınları problemi nəinki yerli, həm də beynəlxalq qanunvericilikdə ən böyük iqtisadi problemlərdən biri olmaqla dövlətlərin suverenliyinə təsir edən bazarlar va sitəsilə formalaşır. Qanunsuz maliyyə axınları gizli olduğundan həmin fəaliyyətlə uzun müddət məşğul olan “peşəkarlar” dövlətlərin yerli qanunvericiliklərində olan boşluqlardan və beynəlxalq maliyyə sisteminin mürəkkəb şəbəkəsindən istifadə edərək asanlıqla qanuni maliyyə bazarlarına daxil olur. Qanunsuz maliyyə axınları nəticəsində əldə edilən gəlirlərin itirilməsi ədalətin təməlinə və mənəviyyatına ziyan vurur. İnkişaf etməkdə olan ölkələrin və beynəlxalq institutların qanunsuz maliyyə axınları problemini dərk etmələri və onların həlli üçün qarşılıqlı razılaşdırılmış iş planı hazırlamalarına zərurət vardır. Qanunsuz maliyyə axınları ilə mübarizə və vergi ədalətinin təmin edilməsi üzrə beynəlxalq əməkdaşlıq sosial, iqtisadi və siyasi hüquqların müdafiəsinin əsasını təşkil edir. Milli hökumətlər öz maliyyə məkanlarını qorumaq və dövlət xərclərini yenidən prioritet ləşdirmək vəzifəsi daşıyırlar.


Müəllif : İlkin Babazadə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsini icra edən, II dərəcəli hüquqşünas
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir