Qanunvericilikdə olan bəzi boşluqlar, onların təhlili və həlli yolu qaydaları - ELSA Azərbaycan - Hüquq jurnalı №1 2016

Açıqlama:

Bildiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsi tərtib edilərkən baza kimi Rusiya Federasiyasının Cinayət Məcəlləsindən istifadə olunmuşdur. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin qəbul olunmasından keçən illər ərzində ona bir sıra düzəlişlər və əlavələr edilmişdir. Buna indi də ehtiyac var. Çünki tarixi təcrübə göstərir ki, qəbul olunan hər bir qanunun məntiqi və həyatı olması yalnız onun təcrübədə tətbiqi zamanı aydınlaşır. Qeyd etdiyimiz kimi baza rolu oynayan Rusiya Cinayət Məcəlləsi həmin ölkənin istintaq-məhkəmə təcrübəsində özünü tam doğrultmadığından sonrakı illərdə ona xeyli düzəliş və əlavələr edilmişdir. Lakin həmin Məcəllənin əvvəlki variantının həyatla uzlaşmayan və istintaq-məhkəmə təcrübəsində tətbiqi çətinliklər yaradan bir çox normaları bu günə qədər də bizim cinayət qanunvericiliyindən çıxarılmamışdır. Beləliklə də qanunvericiliyimizdə mövcud olan bu boşluqlar ibtidai istintaqa və məhkəmə orqanlarına müəyyən qarışıqlıqlar və problemlər yaradır


Müəllif : Esmira Tağıyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisasının bakalavr tələbəsi
Nəşr tarixi : 2016
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir