Qlobal informasiya cəmiyyətində informasiya iqtisadiyyatı və insan hüquqlarına təsir aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2023(№2)

Açıqlama:

Qlobal informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirən vacib amillərdən birini iqtisadi sahəyə xüsusi diqqət ayrılması təşkil edir. Bir tərəfdən, iqtisadi baxımdan zəif inkişaf, yəni maliyyə resurslarının kifayət qədər olmaması informasiyalaşdırma prosesinin də ləngiməsinə gətirib çıxarır. Çünki informasiyalaşdırma informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki prosesdir.


Müəllif : Gülnaz Rzayeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 32

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir