Qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq hüququn prinsipləri - Azərbaycan Hüquq Jurnalı. 2023 (№1)

Açıqlama:

Məqalədə qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq hüququn prinsipləri beynəlxalq hüquqi sənədlər və bu sahədə tanınmış alimlərin fikirləri ilə qarşılıqlı əlaqədə təhlil edilir. Qeyd edilir ki, beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq sülhün və qlobal təhlükəsizlik sisteminin bundan sonra daha da möhkəmləndirilməsi, onun hüquqi tənzimlənməsi mexanizminin fəaliyyət göstərməsi və təkmilləşdirilməsi üçün əsas kimi çıxış edir və vahid kompleksdə nəzərdən keçirilməlidir. Beynəlxalq hüququn əsas prinsiplərindən birinin pozulması onun digər prinsiplərinin pozulmasına gətirib çıxarır ki, bu da ümumilikdə qlobal təhlükəsizliyin bütün sisteminin təmin edilməsini təhlükə altına alır. Beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin yalnız qarşılıqlı olaraq tövsif və tətbiq edilməsi həmin prinsiplər arasında intensiv və səmərəli əlaqələndirməni aparmaqla bərabər, eyni zamanda, beynəlxalq hüququn ayrı-ayrı sahələri arasında da müvafiq əməkdaşlığı təmin edir, həmin sahələrin normativ-hüquqi bazasının və spesifik prinsiplərinin qarşılıqlı inkişafını təmin edir. Beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin müddəalarına dövlətlər tərəfindən qeyd-şərtsiz əməl edilməlidir. Bunun üçün hər hansı dövlətdaxili normativ-hüquqi aktın qəbul edilməsinə belə ehtiyac yoxdur.


Müəllif : Vüsalə Muradxanlı - “Hüquq və İnsan haqları İnstitutu” Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 37

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir