Məlum olduğu kimi innovasiyaların və texnologiyaların tətbiqinin geniş yayılması, rəqəmsallaşma prosesinin inkişaf dinamikasının çox sürətlə artması, rəqəmsal cəmiyyətin formalaşdığı mühitdə əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi prosesində meydana çıxan spesifik məsələlər olduqca vacib əhəmiyyətə malikdir. Rəqəmsal cəmiyyətin inkişafı və süni intellekt texnologiyalarının geniş tətbiqi əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi sahəsində ciddi dəyişikliklər tələb edir. Məqalədə rəqəmsallaşmanın əqli mülkiyyət hüquqlarına, xüsusilə müəllif hüquqları, patentlər və əmtəə nişanlarının qorunmasına təsiri təhlil edilir. Rəqəmsal mühitdə müəllif hüquqlarının pozulması, pirat məhsulların yayılması və süni intellekt tərəfindən yaradılmış əsərlərin hüquqi statusu kimi məsələlər araşdırılır. Həmçinin mövcud milli və beynəlxalq hüquqi çərçivələrin bu problemlərə cavab verə bilmək üçün yetərliliyi qiymətləndirilir. Əqli mülkiyyət hüquq münasibətlərinin tənzimlənməsi və müdafiə mexanizmlərinin sərtliyinin iqtisadi inkişafla qarşılıqlı əlaqəsi də təhlil edilmişdir. Məqalədə əqli mülkiyyət hüquqlarının daha effektiv müdafiəsi və rəqəmsal dövrdə yeniliklərə uyğun tənzimləyici mexanizmlərin formalaşdırılması ilə bağlı təkliflər irəli sürülür. Beynəlxalq əməkdaşlığın və müasir texnologiyalarla uyğunlaşan hüquqi yanaşmaların əhəmiyyəti də xüsusi vurğulanır.
Qiymətləndir