Rəqəmsal dövrdə ifadə azadlığı və demokratik yanaşmalar - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Məqalədə rəqəmsal dövrdə ifadə azadlığı və demokratik yanaşmalar hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və praktiki əsaslarla təhlil edilir. İlkin olaraq qeyd edilir ki, son illərdə elm və texnologiya sahəsində dinamik sürətlə gedən inkişaflar, xüsusilə informasiya sistemlərindəki irəliləyişlər insanların həyatında mühüm təsiredici rola malikdir. Məqalədə daha sonra, rəqəmsal cəmiyyətdə demoratiyanın inkişafı kontekstindən ifadə azadlığını izah etmək, onun lehinə arqumentlər və əsaslandırmalar irəli sürmək üçün irəli sürülən müxtəlif nəzəriyyələr geniş təhlil edilir. Qeyd edilənlər bir sıra beynəlxalq sənədlər, məsələn, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası üzrə praktiki əsaslarla nəzərdən keçirilir. Eyni zamanda, qeyd edilir ki, demokratik cəmiyyətdə ifadə azadlığına müdaxilənin zəruri olub-olmadığını araşdırark ən sosial ehtiyac təzyiqi və mütənasiblik meyarlarını bir-birindən ayrı və müstəqil nəzərə almamaq lazımdır.


Müəllif : Ramil Aslanov - hüquq elmləri doktoru, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir