Rəqəmsal hüququn anlayışı və tətbiqi məsələləri - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Cəmiyyətdə son dövrlərdə texnologiyanın sürətli inkişafi nəticəsində “sosial həyat”-ın “virtual həyat”-la paralel irəlilədiyi müşahidə edilmişdir. Nəticədə insanlar “rəqəmsal aləmdə” “yaşamağa” başlamışlar. Sözsüz ki, insanlar bu aləmdə bir fərd kimi öz hüquqlarını da yeni bir müstəviyə gətirib çıxarmış və bununla da hüquqa yeni prizmadan yanaşmağın labüdlüyü hiss edilmişdir. Bu da öz növbəsində hal hazırda təkamül prosesində olan “rəqəmsal hüquq” adlı yeni hüquq sahəsinin yaranması ilə nəticələnmişdir. Qlobal səviyyədə bir çox sahənin rəqəmsallaşması hüququn da rəqəmsallaşmasını qaçınılmaz etmişdir. Lakin burada maraqlı nüans bu rəqəmsallaşmanın hüquqa necə və hansı üsullarla nüfuz etməsidir.


Müəllif : Erkin Musayev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Cinayət hüququ və kriminologiya kafedrasının Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 14

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir