Rəqəmsal transformasiyanın iqtisadi nəticələrinin təmir hüququnun aktuallığına təsiri - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Açıqlama:

Bu gün ictimai münasibətlərin bütün sektorlarında rəqəmsal transformasiya müşahidə olunur və bu labüd keçid istehlakçı hüquqları da daxil olmaqla bütövlükdə iqtisadi mənzərəyə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Danılmaz faktdır ki, informasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə elektron cihazların mürəkkəbliyi artır və bu da onların təmirini daha çətinləşdirir, eləcə də istehlakçıların həmin məhsulları saxlamaq və dəyişdirmək imkanlarını məhdudlaşdırır. Bu tendensiya elektron tullantıların artmasına səbəb olur və belə cihazların yalnız bir qismi təkrar-yenidən emal olunur. Qeyd olunanlar təmir hüququnu gündəliyə gətirməklə onun aktuallığını zəruri edir. Bu tədqiqatın məqsədi təmir hüququnun istehlakçılara öz məhsullarını təmir etmək, davamlılığı təşviq etmək və tullantıları azaltmaq üçün lazım olan məlumat, ehtiyat hissələri və alətlər əldə etmək imkanı təqdim etməsinin əsas aspektlərini, o cümlədən rəqəmsal transformasiya kontekstində davamlı və ədalətli iqtisadiyyat yanaşmasını təhlil etməkdir. Bu məqalə təmir hüququnun nəzəri və təcrübi realizəsi üçün hüquqi çərçivələrin və uyğun strateji yanaşmaların hazırlanması üçün köməkçi vasitə ola bilər.


Müəllif : Sevinc Şıxəliyeva
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir