Rəqəmsallaşmanın müəlliflik hüquqları və müəlliflik hüquq münasibətlərinə təsiri - Azərbaycan Hüquq Jurnalı. 2023(№2)

Açıqlama:

Müəlliflik hüququ yaradıcıllıq azadlığının əsas təminatlarından biri olmaqla yanaşı fundamental insan hüquqlarından biri olan əqli mülkiyyət hüquqlarına aid edilir. Müəlliflik hüququ münasibətlərinin tənzimlənməsi isə özünəməxsusluğu ilə seçilən spesifik münasibətlər kimi nəzərə çarpır. Son dövrlərdə informasiya texnologiyalarının sürətli inkişafı müəlliflik hüququna dair münasibətlərinin də xaraktercə köklü şəkildə dəyişməsinə səbəb olmuşdur. Qeyd olunan istiqamətdən yanaşaraq o da qeyd edilməlidir ki, müəlliflik hüququ obyektlərinin mühafizəsinin ənənəvi üsul və vasitələri onlayn mühitdə baş verən hüquq pozuntusuna səbəb olacaq cəhdləri üzrə mübarizədə effektiv hesab olunmur. Odur ki, rəqəmsal cəmiyyətin və kiberməkanın xüsusiyyətləri, subyektlərin spesifik xarakteristik cəhətləri, habelə informasiya texnologiyalarının inkişaf nəticələri nəzərə alınmaqla müəlliflik hüquqlarınn təmini və müdafiəsi üzrə yeni mexanizmlər formalaşdırılmalıdır. Məqalədə qeyd olunan xüsusatlar, habelə müəlliflik hüququ və informasiya texnologiyalarının qarşılıqlı əlaqələri və bir-birinə təsiri, rəqəmsal cəmiyyətdə müəlliflik hüquqlarının təmin və müdafiə edilməsi məsələləri araşdırılımışdır.


Müəllif : Əkbər Əliyev -  BDU Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin böyük məsləhətçisi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir