Region dövlətlərinin beynəlxalq əməkdaşlığı sahəsində hərbi qanunvericiliyin xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Hər bir dövlətin hərbi qanunvericiliyi, bir qayda olaraq, dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi çıxış edir və müəyyən edilmiş nəzəri bazaya əsaslanır. Bu mənada müdafiə sahəsində normativhüquqi aktlar bir qayda olaraq hərbi doktrinaya əsaslanır və dövlətin hərbi, yaxud müdafiə sahəsində həyata keçirdiyi bütün tədbirlər bu doktrinaya əsaslanır. Dövlətin həyata keçirdiyi xarici siyasətdə, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında, xüsusilə, qonşu dövlətlərin, region dövlətlərinin hərbi doktrinası da ətraflı olaraq hərbi ekspertlər tərəfindən tədqiq edilir və nəzərə alınır. Əslində regionda yerləşən dövlətlərin birbirləri ilə münasibətdə xarici siyasəti onların hərbi doktrinalarının analizi zamanı aşkar edilir. Bu baxımdan, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, Xəzər hövzəsi regionunda digər dövlətlərin hərbi doktrinalarının tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlətin hərbi qanunvericiliyi onun dinc və yaxud hərbi təhlükələr dövründə, münaqişə dövründə müdafiə siyasətinin həyata keçirilməsinin əsasını təşkil edən normativ-hüquqi aktların məcmusunu təşkil edir.


Müəllif : Həbib Hacıyev - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, Əqli mülkiyyət hüququ kafedrasının müəllimi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir