Regional hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşlığının hüquqi tənzimlənməsi - Nəqliyyat Hüququ jurnalı 2023 №1

Açıqlama:

Məqalədə regional hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökuməttəşkilatlarının əməkdaşlığının hüquqi tənzimlənməsi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq hüquq normaları və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Belə bir nəticəyə gəlinir ki, regional hökumətlərarası təşkilatların beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının hüquqi tənzimlənməsinin əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən, ayrı-ayrı regional beynəlxalq təşkilatların müvafiq səlahiyyətlərinin realizəsində vətəndaş cəmiyyətinin iştirakının təmin olunmasına təkan verilir. Digər tərəfdən, beynəlxalq qeyri-hökumət təşkilatlarının regional hökumətlərarası qurumlarla əməkdaşlığı müvafiq regional səciyyəvi xüsusiyyətlər nəzərə alınmaqla, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini bəxş edir. Bu həm də mövcud nöqsan və çatışmazlıqların aşkar olunması və aradan qaldırılmasına əsaslı təsir göstərir.


Müəllif : Elnarə Mirzəyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 15

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir